Ekspert: “Şimal-Cənub” layihəsi Rusiya və Azərbaycanın siyasi əməkdaşlığının əsas nöqtələrindən biridir


Digərləri 26 Noy 2018 16:56:00 236 0

Ekspert: “Şimal-Cənub” layihəsi Rusiya və Azərbaycanın siyasi əməkdaşlığının əsas nöqtələrindən biridir

“Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi Rusiya və Azərbaycanın siyasi əməkdaşlığının əsas nöqtələrindən biridir və bu dəhlizin əhəmiyyəti hər iki dövlət üçün yüksəkdir

Bakı. Mətanət Nəsibova - “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi Rusiya və Azərbaycanın siyasi əməkdaşlığının əsas nöqtələrindən biridir və bu dəhlizin əhəmiyyəti hər iki dövlət üçün böyükdür. Bunu Trend-ə Rusiyanın Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yük daşımalarının inkişafı üçün işçi qrupunun yaradılması barədə razılaşmanı şərh edərkən deyib. Onun sözlərinə görə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin Rusiya üçün əhəmiyyəti ilk növbədə geosiyasi səbəblərdən, xüsusilə də Şərqdə diplomatik və iqtisadi mövcudluğun genişləndirilməsi baxımından vacibdir: “Azərbaycan üçün bu dəhliz iqtisadi cəhətdən maraqlıdır: ölkə Qərb bazarına birbaşa çıxış əldə edir, eləcə də beynəlxalq nəqliyyat qovşağı statusunu alır. Ona görə də ölkələrimiz üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin potensial səmərəsi tam real və anlaşılandır”.