Xəyanətə görə Şeymadan boşanan Acundan İLK AÇIQLAMA:


Dünya 26 Noy 2018 16:10:00 303 0

Xəyanətə görə Şeymadan boşanan Acundan İLK AÇIQLAMA:

Ötən ilin sentyabr ayında Fransanın Marsel şəhərində ailə həyatı quran Acun Ilıcalı və Şeyma Subaşı, bu gün boşanıblar.

Son.az xəbər verir ki, TV 8-in sahibi Acun Ilıcalı bu qərarla bağlı ilk açıqlamasını edib:

"Hər evlilikdə boşanmaq da var. Biz də Şeyma ilə ailə həyatımızı qorumaq üçün açığı bir neçə dəfə cəhd etdik, danışdıq, xilas edə bilmədik. Buna insani yöndən baxmanızı istəyirəm. Cəhd etdik, olmadı... Nəticədə ikimiz üçün də demək xeyirlisi belədir. Məşhurluğumuzdan qaynaqlanan çirkin dediqodular ola bilər. Yekunda biz də öz aramızda kiçik bir ailəydik, olmadı, davam etdirə bilmədik. Davam etmədi, xeyirlisi. İddiaların hamısı çirkin. Sevərək evləndik, davam etdirə bilmədik, hörmət ilə ayrıldıq".


Xəbərə aid fotolar