Neftin qiyməti yenidən 60 dolları ötüb


Dünya 26 Noy 2018 14:15:00 225 0

Neftin qiyməti yenidən 60 dolları ötüb

"Brent" markalı xam neftin bir barrelinin qiyməti yenidən 60 dolları keçib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, keçən həftə son 13 ayın minimumuna geriləyən "Brent" neftinin qiyməti yenidən 60 dollar/barrelə çatıb. "Light" markalı neftin bir barrelinin qiyməti isə 51 dollara yüksəlib.

Qeyd edək ki, neftin qiyməti ötən iki həftədə 10 dollar/barreldən çox geriləyib. "Qara qızıl"ın qiyməti oktyabr ayının əvvəlindən indiyədək isə təxminən 30 faiz ucuzlaşıb.