Balaxanıda silsilə oğurluqlar və soyğunçuluq edən şəxs saxlanılıb (FOTO)


Digərləri 26 Noy 2018 13:32:18 257 0

Balaxanıda silsilə oğurluqlar və soyğunçuluq edən şəxs saxlanılıb (FOTO)

Balaxanı qəsəbə sakin olan bir qadın Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin ona qarşı soyğunçuluq edərək çantasını ələ keçirməsi barədə məlumat verib.

Bakı. Balaxanı qəsəbə sakin olan bir qadın Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin ona qarşı soyğunçuluq edərək çantasını ələ keçirməsi barədə məlumat verib. DİN-dən Trend-ə verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Aleksandr Miroşkin saxlanılıb.