SOCAR gürcü vətəndaşlarının borcunu ödəyib?


Digərləri 26 Noy 2018 12:31:00 238 0

SOCAR gürcü vətəndaşlarının borcunu ödəyib?

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) şirkətin Gürcüstan vətəndaşlarının mavi yanacağa olan borclarını ödəməsi ilə bağlı sosial şəbəkədə yazılanlara reaksiya verib.

Son.az xəbər verir ki, SOCAR rəsmi Facebook səhifəsində yayılan şayiəni təxribat və yalan adlandırıb:

"Dünəndən sosial şəbəkələrdə SOCAR-ın Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan şayiə TƏXRİBAT və YALANdan başqa bir şey deyil. Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla AZƏRBAYCAN üçün gəlir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə VƏTƏNimiz üçün əldə etdiyimiz gəlirlər ötən il SOCAR-ın ümumi gəlirlərinin 90%-dən çoxunu təşkil edib".