Qonur ayını ovlayan 6 nəfər saxlanıldı


Digərləri 26 Noy 2018 11:12:33 262 0

Qonur ayını ovlayan 6 nəfər saxlanıldı

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş qonur ayını qanunsuz olaraq ovlayan şəxslər saxlanılıblar.

Son.az report-a istinadən xəbər verir ki, bunlar İsmayıllı və Ağsu rayonlarının sakinləri Rasim Səfərov, Rahim Kazımov, Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və Səfər Səfərovdur.

Onlardan ov tüfəngləri və ayının dərisi aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.