"Sevməyib ailə qurmuşam, indi isə..."


Şou-biznes 26 Noy 2018 11:04:00 293 0

"Sevməyib ailə qurmuşam, indi isə..."

"Ailə qumaq fikrim yox idi"

Ailə qumaq fikrim yox idi. Fəxrəddinlə görüşə getdim, onun gözəl tərbiyəsi var. Gəldim evdə dedim ki, fikirləşərəm. O da gedib evdə deyib ki, fikirləşim.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatirə İslam deyib. "Altın Kelebek" mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim" adlı sənədli film bu dəfə ifaçıya həsr edilib. 

Xatirə ailəsindən, həyat yoldaşı Fəxrəddin bəydən danışıb:

"İlk vaxtlar yola getmirdik. Soyuducunun qapısını örtmədi, filan şeyi yerinə qoymadı deyib, sözümüz düşürdü. İndi görürəm ki, bütün xasiyyətimiz eynidi. Fəxrəddindən əvvəl tanıdığım dostlarım indi onunla dostluq edirlər. 

Mən sevməyib ailə qurmuşam. Amma indi övladımdan da birinci mənim üçün həyat yoldaşımdır. Toydan sonra məni qısqanmadı, bezdirmədi, filan yerə getmək olmaz, kim idi mesaj yazan demədi. Fikirləşdim ki, görəsən, mən bunun bu xasiyyətinə nə ilə cavab verim?"