Qız kimi böyü, WOWOMAN ol!


Digərləri 26 Noy 2018 10:00:00 245 0

Qız kimi böyü, WOWOMAN ol!

Qadın gigiyenası brendləri Always və Tampax indi daha bir platformada gənc qız və qadınlara öz güclərinə əminliyi təbliğ edəcək. Məşhur beynəlxalq brendlər WoWoman Azerbaijan platforması ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq nəticəsində qarşıdakı 1 il ərzində WoWoman Azerbaijan platformasında Always və Tampax brendlərinin dəstəyi ilə gənc qız və qadınlar üçün yeni proqramlar, seminarlar, workshoplar və başqa tədbirlər təşkil ediləcək. Bundan əlavə, bu brendlər WoWoman Azerbaijan jurnalının nəşrini dəstəkləyəcək.

WoWoman - böyük arzu və məqsədlərin gerçəkləşməsi üçün məkan və imkanlar yaratmaq naminə təsis edilmiş qadın inkişaf platformasıdır. Qadınların fərdi və peşəkar inkişafını dəstəkləmək məqsədi ilə yaradılmış bu platforma üç il ərzində 8000-dən çox iştirakçının qatıldığı 250-dən artıq tədbir, 40 uzunmüddətli proqram təşkil edib. Platformanın facebook səhifəsində 25000 nəfərdən artıq üzvü var. Always və Tampax brendlərinin WoWoman platformasını dəstəkləməsi bu brendlərin ana ideyasından qaynaqlanır. 

Always və Tampax bütün dünyada qadın və qızların daha güclü olmasına çalışır və öz məhsulları ilə onların istənilən situasiyada özlərinə əminliyini təmin edir. Məşhur qadın gigiyena brendlərinin bu addımını Azərbaycanda həyata keçirdikləri sosial məsuliyyət kampaniyalarının davamı hesab etmək olar. İndiyədək ölkəmizdə həyata keçirdikləri, dəstəklədikləri sosial məsuliyyət kampaniyaları xüsusilə maarifləndirici kampaniyalar olub, qız və qadınlarda özünə inam hissini gücləndirməyə yönəlib. Yeniyetmə qızlar arasında Always-in apardığı kampaniya onların ictimai fəallığını artırmaq, daha məlumatlı böyümələrini təmin etməkdir. Apardığı araşdırmalardan yetkinlik dövründə qızların 56%-nin özünə inam itkisi yaşadığını müəyyənləşdirən brend "qız kimi" ifadəsinin daşıdığı mənfi mənaya meydan oxuyaraq, "Bəs, sən qız kimi nə edirsən?" cəsur sualı ilə kampaniya həyata keçirib. Always brendinin dəstəyi ilə 500 minədək yeniyetmə (11-13 yaşlı) məktəbli qızı əhatə edən maarifləndirici proqram hazırda da davam edir.