145 delfin sahilə atılaraq kütləvi şəkildə məhv olub


Digərləri 26 Noy 2018 07:41:00 276 0

145 delfin sahilə atılaraq kütləvi şəkildə məhv olub

Ötən bazar günü Yeni Zelandiyada azı 145 delfin Styuart adasının sahilinə atılıb.

Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə adanın Ətraf Mühitin Qorunması Nazirliyinin istehsal meneceri Ren Leppensə istinadən "Radio New Zealand" bildirib.

Radiostansiyanın məlumatına görə, şənbə günü axşam iki delfin sürüsü adanın qərb hissəsində, Meyson körfəzinin cənub hissəsində sahilə atılıb. Delfinlər aşkarlananda onların yarısı artıq həlak olub.

"Təəssüf ki, suya endirdiyimiz sağ delfinlərin sayı son dərəcə az idi. Bununla belə, həmişə belə qərarı qəbul etmək ağırdır", - deyə Leppens bildirib.