İraqda daşqınlar 21 nəfərin ölümünə səbəb olub


Dünya 26 Noy 2018 07:28:00 252 0

İraqda daşqınlar 21 nəfərin ölümünə səbəb olub

İraqda son günlər müşahidə olunan güclü yağışlar ölkə ərazisində daşqınlara səbəb olub.

Son.az Trend-ə istinadən bildirir ki, daşqınlar nəticəsində ölkənin müxtəlif əyalətlərində ümumilikdə azı 21 nəfər həlak olub, 180 nəfər isə xəsarət alıb.

İraq parlamentinin spikeri Məhəmməd əl-Xalbusi BMT və humanitar təşkilatlara yardım göstərmələri üçün müraciət edib.