22 minlik toy qiyməti, Nazənindən namus söhbəti, kasıba ərə getməyən Aysel


Şou-biznes 26 Noy 2018 00:45:00 290 0

22 minlik toy qiyməti, Nazənindən namus söhbəti, kasıba ərə getməyən Aysel

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (199-cu say) təqdim edir.

Sənətçilərin yeni toy qiymətləri barədə danışmaq istəyirəm. Daha doğrusu, qiymətlər elə həddədir ki, danışılası bir şey yoxdur. Sadəcə təqdim edim, özünün baxın. Təsəvvür edin ki, Nuri Sərinləndirici (ümid edirəm ki, təxəllüsünü düz yazdım) toya 13 minə gedir və ödəniş yalnız dollarla qəbul olunur. Bu da aşağı-yuxarı 22 min manat edir. Ay kişi, 22 min manat e. Hansı oxumağa, hansı səsə, hansı bacarığa? Yenə ona baxanda adam Abbasa (16 min manat), Nadir Qafarzadəyə (13 min) şükr edir. Yenə bilirsən ki, qulağın musiqi, lap cəhənnəm musiqiyə oxşayan nəsə eşidir də. Könül Kərimova ən çox tənqid etdiyim sənətçilər sırasındadır. Amma o belə ansamblla toya 8 min manata gedir. Həm fəxri adı var, həm muğamı bilir, həm də oxumağın nə olduğundan məlumatlıdır. Mənə maraqlı olan Nurinin 22 minə toya getməyindən daha çox, həmin pulu ona verən adamların düşüncələridir. Yəni, gerçəkdənmi kiməsə 22 min verib, gəl, mənim toyumu zay elə, deyə bilirik? Axı bu adam oxuya bilmir, bacarırsa da, o nəsə başqa şeydir, oxumağa dəxli yoxdur.

Elza Seyidcahan isə müğənni olmağı bacarmasa da, öz piar işlərini qurmağı əla bacarır. Məsələn, o gün müsabiqədə ifaçılara deyir ki, səhnəyə çıxanda tamaşaçıya hörmət edin, gözəl geyinin, səhnəyə yaraşan olsun və sair. Yanındakılardan da kimsə demir ki, ay Elza, bircə həftə başına qazan keçirtməyi, şam yandırıb qoymağı, qaloş geyinməyi kənara qoy, gör səni tanıyan olacaqmı? Axı bu adamı kim və hansı ağılla münsif kürsüsündə əyləşdirib? Deyəcəksiniz ki, bəstəkardır? Mən də razıyam, yaxşı mahnıları var. Amma Faiq Sücəddinov, Eldar Mansurov, Nailə Mirməmmədli olan yerdə Elzanı bəstəkar adıyla orda oturtmaq kimə və nə üçün lazımdır? Bu adam ifaçıların oxuduqlarından daha çox geyimlərinə münasibət bildirir. Elədirsə, elə Samiraldonu həmin kürsüdə oturtmaq daha yaxşı olmazdımı? Bu arada şok sirrin üstü açılıb. Sən demə, Leydi Qaqa və Beyonce Elzaya baxıb geyinirmişlər. Vallah, özü deyir. Açıqlamasını tapın oxuyun.