İtaliyada 120 min həkim tətil edir


Dünya 25 Noy 2018 23:44:00 205 0

İtaliyada 120 min həkim tətil edir

İtaliyada 120 min həkimin qatıldığı 24 saatlıq tətil xəstəxanalarda nəzərdə tutulan cərrahiyyə əməliyyatlarının təxirə salınmasına səbəb ola bilər.

Bu barədə ANSA informasiya agentliyi İtaliyanın həmkarlar ittifaqından aldığı məlumata əsasən xəbər yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, etirazçı həkimlər səhiyyə sektoru üçün daha çox vəsaitin ayrılmasını və on ildir yenilənməyən kollektiv sazişə yenidən baxılmasını tələb edirlər.