Düzgün qərarlar vermək üçün intuisiyanıza inanın


Digərləri 25 Noy 2018 23:15:00 319 0

Düzgün qərarlar vermək üçün intuisiyanıza inanın

"Mən intuisiyaya inanıram... Bəzi vaxtlar səbəbini bilmədən doğru olduğumu hiss edirəm" - Albert Eynşteyn

Vacib qərarlar verərkən qərarın düzgünlüyü ilə bağlı narahatlıq keçiririk. Psixoloji olaraq, səhv qərarlarda günahı başqalarının üstünə atmağa meylliyik. Lakin, verdiyimiz qərarin nəticəsi müsbət olduğunda, intuisiyamıza inandığımıza görə sevinərik. Bəzilərimiz bunu "ürəyimdən belə gəldi, mən də etdim" deyərik. Stiv Cobs da ürəyinin səsinə qulaq asanlardan biri olub və bu mövzu ilə bağlı bunları deyir:

Son.az moneta.az-a istinadən bildirir ki, bir gün həqiqətən öləcəyinizi bilmək, nələrisə itirəcəyiniz fikrindən uzaqlaşmağın ən rahat yoludur. Onsuz da həqiqi mənada nəyəsə sahib deyilsiniz. Yəni, ürəyinizdən keçənin arxasınca getməmək üçün heç bir səbəbiniz yoxdur.

Bəs, hansı məsələlərdə həqiqətən ürəyinizdən keçənin arxasınca getmək və intuisiyamıza inanmağımız lazımdır?

1) Sağlamlığınızla bağlı intuisiyanıza inanın.

Sağlam həyat tərzi hər kəsin əldə etməyə çalışdığı və əslində ən çox çətinlik çəkdiyi məsələlərdən biridir. Özümüzü dəyişdirməyə çalışarıq və qida rejimimizi dəyişdirmək üçün səy göstərərik. Sizin üçün düzgün qidanın seçilməsi zamanı intuisiyanıza inanmağınız çox vaxtı doğru nəticələr verər.

2) Təhlükə anında intuisiyanıza inanın.

Heyvani intuisiyalarımız vaxt keçdikcə zəifləyib dəyişsə də, çətin vəziyyətlərdə "təhlükə" intuisiyamız bizi yanıltmayacaqdır. Düzgün bildiyiniz məsələlər qarşısında intuisiyanız sizləri yönəldirsə, həmin hissə inanın.