İşguzar xanımlar necə ətirlərdən istifadə etməlidir?


Digərləri 25 Noy 2018 23:20:00 331 0

İşguzar xanımlar necə ətirlərdən istifadə etməlidir?

Biz bu gün ümumi qadın ətirlərindən yox, məhz "biznes ledi" necə ətirlərdən istifadə etməlidir bundan danışacayıq. Razılaşın, bu iki qadın fərqli qadınlardır. İşguzar xanımın parfum seçiminə tək şəxsi bəyəndiyi ətirlər yox, həmdəki etiket qaydaları təsir edir : Ətir çox boğucu, kəskin, seksual və ya əyləncəli olmamalıdır. Bəs "biznes ledi" ətri necə olmalıdır?

Son.az 1lady.az-a istinadən bildirir ki, nə qədər məşğul, işguzar və sərt görsənməyindən asılı olmayaraq, bu obrazı xüsusi seçilmiş ətirsiz təsəvvür etmək olmaz. Parfum - xüsusi seçilmiş stilin son akkordu kimidir və həmsöhbətinizə təsir gücünə malikdir. Düzdür, ətirlərin düzgün seçimi barədə etiket qaydaları var, amma hər halda, hər bir xanımın seçimi individual və özünə məxsus olur. Bu onun zövqündən və şəraitdən asılıdır.

ÜMUMİ QAYDALAR

Parfum kolleksiyanızın əsas hissəsini yüngül, neytarl kompazisiyalı - tərkibində sitrus və ya dəniz notları olan ətirlər təşkil etməlidir. Çox təsirli, cəlb edici, seksual və çox qadınsı ətirlərdən imtina etmək məsləhətdir. Çox şirin, ədviyyatlı və kəskin çiçək qoxuları da məsləhət görülmür. Ekspertlər bir neçə variant təklif edirlər: Fərqli notlu və çox eleqant ətirlər. Misal üçün, təkrar olunmaz Hugo Boss brendindən - Boss Woman və ya Cacharel brendindən incə və zərif Noa ətri. Əlbəttə, hər bir xanımın öz seçimi var. "Biznes ledi" üçün ən böyük parfum seçimi fransız moda evi Hermes tərəfindən təqdim olunur : Un Jardin sur le Nil və ya Voyage d'Hermes - stil, ləyaqət, aristokratiya nümunəsi - bir şedevr hesab oluna bilər.