"Tesla" şirkətinin yeni rəhbəri Robin Denholm ilə tanış olun


Digərləri 25 Noy 2018 21:45:00 207 0

"Tesla" şirkətinin yeni rəhbəri Robin Denholm ilə tanış olun

"Tesla" şirkətinin idarə heyətinin son qərarına əsasən, İlon Mask vəzifəsindən uzaqlaşdırılaraq yerinə Robin Denholm təyin olundu.

Robin Denholm kimdir?

O, Sidney Universitetinin iqtisadiyyat ixtisası üzrə bakalavr və Yeni Cənubi Uels Universitetinin kommersiya ixtisası üzrə magistr səviyyələrini bitirib. O, həmçinin, Avstraliya Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının üzvüdür.

Son.az moneta.az-a istinadən bildirir ki, karyerasına 1984-cü ilə vaxtı ilə "böyük beşlik" adlandırılan audit şirkətlərindən biri olan  "Arthur Andersen" audit şirkətində başlayıb. 5 il audit şirkətində maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışdıqdan sonra, 1989-cu ildən 1996-cı ilə qədər "Toyota" şirkətinin Avstraliyadakı bölməsinə maliyyə direktoru kimi fəaliyyətinə davam edib.

Xanım Denholm "Sun Microsystems"də 1996-cı ilin yanvar ayından 2007-ci ilin avqust ayına qədər müxtəlif rəhbər vəzifələrdə işləyib.