Klassik musiqinin 5 faydası


Digərləri 25 Noy 2018 21:15:00 321 0

Klassik musiqinin 5 faydası

Klassik musiqi dinləməyin yararlı olduğunu bəlkə daha öncə eşitmisiniz. Bəs, həqiqətən klassik musiqi dinləmək bizlər üçün faydalıdır? Əgər elmi araşdırmalara baxarsaq, sualın cavabı "bəli"dir. Araşdırmalara görə, klassik musiqi dinləməyin bir çox fiziki və mənəvi faydası var.

Son.az moneta.az-a istinadən bildirir ki, günümüzdə klassik musiqi digər musiqi növləri ilə müqayisədə kölgədə qalmış kimi görünsə də, klassik musiqi dinləmək ağıllı seçim olacaqdır. Onsuz da bir müddət qulaq asdıqdan sonra yavaş-yavaş notların təsiri altına düşəcəksiniz və klassik musiqinin artıq sizin üçün xüsusi yeri olacaq.

Dəyər verilməsi lazım olan bu musiqi növünün bizlər üçün faydalarını 5 maddədə təqdim edirik:

1) Qan təzyiqini aşağı salır.

Oksford Universitetində aparılan bir araşdırmada iştirakçılara pop, rep, texno kimi fərqli növlərdə musiqilərə qulaq asdırılıb və digər musiqi növlərinin qan təzyiqini artırarkən, klassik musiqinin qan təzyiqini effektiv bir şəkildə azaltdığını müşahidə edilmişdir.

Əgər ürək sağlamlığınıza dəyər verirsinizsə, daha çox klassik musiqi dinləyin və damarlarınızdakı qanın daha rahat axıb getdiyini hiss edin.

2) Stresi azaldır və depresiya ilə mübarizə aparmağınıza köməklik edir.

Axşam evə gəldiniz və özünüzü olduqca stresli hiss edirsiniz? Youtube-da sevdiyiniz bir klassik musiqi əsərini açın və dinləyin. Aparılan bir araşdırmaya görə, hamilə ikən klassik musiqi dinləyən qadınların hamiləlik dövrünü daha az streslə keçirdikləri müşahidə olunmuşdur.

Klassik musiqinin ürək döyüntüsü ilə bənzər bir tempdə olmasının, həyəcan və depresiyya kimi vəziyyətlərdən çıxmağımızı rahatlaşdırdığı da elm adamları tərəfindən sübut edilmişdir.

3) Hafizəni gücləndirir.

Hafizəni gücləndirməyin onlarla yollarından biri də Motsartı dinləməkdir. Aparılan bir araşdırmada, Motsart dinləyən insanlarda hafizə ilə bağlantılı olan beyin dalğalarında artım olduğu müşahidə edilmişdir. Əgər dünən yediyinizi yaddan çıxartmaq istəmirsinizsə, bir az Motsart dinləmək heç də pis bir fikir deyil.

4) Yuxu problemlərinə kömək edir.