İş mühitində etməməli olduğunuz


Digərləri 25 Noy 2018 20:45:00 200 0

İş mühitində etməməli olduğunuz

Təəssüf ki, iş həyatı tələbəlik həyatından olduqca fərqlidir. Çox vaxt hər dediyinizi və hərəkətinizi düşünərək etmək məcburiyyətində qala bilərsiniz. Bu yazıda sizin üçün diqqət edilməsi lazım olan əsas davranışlardan bəhs edəcəyik!

1. SƏMİMİYYƏT

Son.az 1lady.az-a istinadən bildirir ki, həftədə beş bəlkə də altı gününüzü birlikdə keçirdiyiniz insanlarla səmimi olmaq istəməyiniz çox normaldır. Yenə də unutmamalısınız ki, iş yeri məktəb deyil, iş yoldaşlıqları da məktəb dostluqlarına bənzəməz. Zaman keçdikcə, insanları daha yaxşı tanıdıqca kimə güvənəcəyinizə daha yaxşı qərar verə bilirsiniz, amma diqqətli olmaqda fayda var. Səmimiyyətinə etibar etdiyiniz insanlar öz ambisiyaları uğruna sizin sirrlərinizi istifadə edə ya da başqalarına danışa bilərlər. Birdən özünüzü pis vəziyyətdə tapmamaq üçün təmkinli davranmaqda fayda var.

2. DEDİ-QODU

Təəssüf ki, ofis dedi-qoduları təşkilati həyatın bir hissəsidir. Üz-üzə görüşəndə çox yaxşı yola gedən insanların, arxalarını döndüklərində bir-birlərinin dedi-qodusunu etmək üçün hazır olduqlarını görə bilərsiniz. Təbii ki, hər iş yerində belə deyil, amma siz yenə də diqqətli olun. Sizin yanınızda dedi-qodu edilsə də eşitməməzlikdən gəlin, sözə qarışmayın. Dedi-qodu edən insanların sizin sözlərinizi kimə necə çatdıracaqlarını bilmirsiniz!

3. SPİRTLİ İÇKİ İSTİFADƏSİ

İş yeməklərində, xüsusi günlərdə qrup şəklində spirtli içki qəbul edilən yerlərdə ola bilərsiniz. Bu vəziyyətdə spirtli içki qəbul etmək çox normaldır. Amma içkini çox içib, nə söylədiyinizi ya da nə etdiyinizi unutduğunuz vəziyyətlərə düşməyin. Siz ertəsi gün nə etdiyinizi xatırlamaya bilərsiniz, amma iş yoldaşlarınız daha da pisi rəhbərləriniz davranışlarınızı unutmayacaqlar. Karyeranız bu vəziyyətdən zərər görə bilər. Harada dayana biləcəyini biləcək şəkildə mühitə uyğunlaşmaq hər zaman daha yaxşıdır.