Dünya Bankı Azərbaycanda kreditləşdirmə üçün


Digərləri 25 Noy 2018 20:12:00 205 0

Dünya Bankı Azərbaycanda kreditləşdirmə üçün

Yaxın illərdə Azərbaycanda səhiyyə, bərk tullantıların idarə edilməsi, ali təhsil və kənd təsərrüfatı sahələri Dünya Bankının (DB) kreditləşdirməsi üçün ən yüksək prioritet sahələr hesab olunur.

Son.az bildirir ki, bu barədə Trend-ə bankın Bakı Nümayəndəliyinin rəhbəri Navid Naqvi bildirib.

N.Naqvi DB ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın səviyyəsini qənaətbəxş hesab etdiyini bildirib və hazırda müxtəlif sahələrdə layihələrin hazırlandığını qeyd edib.

"Biz son vaxtlar milli strategiyaya dəstək olan bərk tullantıların idarə edilməsi layihəsini başa vurduq", - deyə missiya rəhbəri bildirib.

N.Naqvi həmçinin, bu istiqamətdə maliyyə qurumları ilə innovasiyaların tətbiqi və bu sahədə tərəfdaşlığı özündə ehtiva edən Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən və 2011-2021-ci illəri əhatə edən ölkədə Təhsilin İnkişafı üzrə Milli Strategiyanı xatırladıb.