Günahın özündən də pis olan


Digərləri 25 Noy 2018 19:40:00 260 1

Günahın özündən də pis olan

Qurani Kərimdə Mütəal Allah bəzən insanı tərifləyir, yəni onu izzət, şərəf sahibi bilir, bəzən də insanı günahkar, ziyan içində olan adlandırır.

Təfsir alimləri bu mətləbə aydınlıq gətirərək insanı iki mövqedən xarakterizə edirlər. Biri insanın zati xüsusiyyət və potensialı, ikincisi isə insanın əldə etdiyi mənəvi vəziyyəti.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, insan Allahı tanımaq, Ona bəndə olmaq, ibadət etmək, dərrakəyə və qəlbə (ruha) malik olmaq baxımından maxluqat içərisində misli olmayan bir varlıqdır. Bu potensial və qabiliyyət insana şərəf və izzət qazandırır və bu daimi olaraq onun Allah tərəfindən bəxş edilmiş "sərmayəsidir". Digəri isə insana qiymət və dəyər qazandıran düşüncə və əməlləridir. Bu düşüncə və əməlləri ilə insan həm müsbətə doğru tərəqqi, həm də mənfiyə doğru tənəzzül edə bilər.

İnsan yüksəldikcə yüksələ bilən, alçaldıqca alçala bilən bir varlıqdır. Bütün İlahi dinlər və peyğəmbərlər (ə) məhz insanı yüksəlişə dəvət və kiçildikcə kiçilməkdən çəkindirmək üçün Allah Təala tərəfindən məmur edilib. Allah Rəsulu (s) insanı öz şərafət məqamından aşağı salan, onu kiçiltdikcə kiçildən dörd mühüm mətləbə işarə edərək buyurub:

أربعة في الذنب شر من الذنب :الاستحقار ، والإِفتخار ، والإِستبشار ، والإِصرار

Dörd şey vardır ki, günahın özündən də şərrdir (pisdir):