Bakıda döyülən direktordan nə xəbər?


Digərləri 25 Noy 2018 17:57:00 213 0

Bakıda döyülən direktordan nə xəbər?

Əvvəlki günlərə baxanda Tural müəllimin vəziyyəti yaxşıdır. Ona görə də güman edirik ki, gələn həftənin ikinci günündən işə çıxa bilər.

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında 175 nömrəli məktəbin aktyor Rza Rzayev tərəfindən döyülən direktoru Tural Mirzəliyevin atası Elmi Mirzəliyev deyib. 

Direktorun atası bildirib ki, oğlunun vəziyyəti düzəlsə də, başgicəllənmə halları var.   "Başgicəllənmə və ürəkbulanması tam olaraq dayanmayıb. Kəllə-beyin travması aldığından otaq şəraitində ayaq üstə bir az gəzəndə başı fırlanır. Amma həkimlər də vəziyyətinin yaxşılığa doğru olduğunu söyləyir".