Şahzadənin 450 milyon dollara aldığı tarixi əsər müəmmalı şəkildə yoxa çıxıb FOTO


Digərləri 25 Noy 2018 15:53:00 276 0

Şahzadənin 450 milyon dollara aldığı tarixi əsər müəmmalı şəkildə yoxa çıxıb  FOTO

Məşhur rəssam Leonardo Da Vinçi tərəfindən ərsəyə gətirilən və "Erkək Mona Liza" olaraq ifadə edilən "Salvator Mundi" əsəri Səudiyyə şəhzadəsi Məhəmməd bin Salman tərəfindən 450 milyon dollara alınmışdı. Fantastik qiymətə satılan bu tarixi əsər alındıqdan sonra yoxa çıxıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, şahzadədən başqa əsərin yerini heç kimin bilmədiyini deyən mütəxəssislər tablonun aqibətindən narahat olduqlarını vurğulayıb.

Da Vinçinin ən önəmli əsərlərindən olan "Salvator Mundi" ABŞ-da keçirilən bir hərrac zamanı satılmışdı.

Əsərin bu ilin sentyabr ayında Dubayda "Louvre Abu Dabi" muzeyində sərgilənməsi gözlənilirdi. Lakin əsərin ortalığa çıxarılmaması mütəxəssislərin narahatçılığına səbəb olub. Onlar tablonun yerini şahzadə Məhəmməd bin Salmandan başqa heç kimin bilmədiyini deyir.

Əsərin keçmiş sahibi Rober Simon da narahat olduğunu bildirərək bu tablonun nə qədər vacib olduğu haqqında danışıb. O, 500 illlik bu əsərin ortalığa çıxarılmasının və sərgilənməsinin çox əhəmiyyətli olduğunu bildirib.

Tabloda İsa Məsih bir əlində şüşə kürə, digər əlini isə qaldırmış vəziyyətdə təsvir olunub.


Xəbərə aid foto