15 rayonda təhlükəli çaylarda sahilbərkitmə işlərinə başlanılıb


Digərləri 24 Noy 2018 16:50:00 268 0

15 rayonda təhlükəli çaylarda sahilbərkitmə işlərinə başlanılıb

Ən təhlükəli çaylarda sahilbərkitmə obyektlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına başlanıb.

Bakı. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Qəbələ rayonu ərazisindəki Dəmiraparançay çayının sağ sahilində Laza kəndi istiqamətində avtomobil yolunun və yaşayış məntəqələrinin mühafizəsi üçün 436.4 m uzunluğunda dəmir-beton üzlüklü mühafizə divarının, Samur-Abşeron kanalının Qudyalçayla kəsişməsində dükerin, Xanarx kanalının Qusarçayla və Qudyalçayla kəsişməsində akvedukların, Vəlvələçayda sugötürən qurğunun və Samur-Abşeron kanalının kəsişməsində dükerin mühafizəsi məqsədi ilə tikinti işləri başa çatdırıb.