Şəkidə Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin təntənəli açılışı olub (FOTO)


Digərləri 24 Noy 2018 21:07:00 213 0

Şəkidə Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin təntənəli açılışı olub (FOTO)

Şəki Azərbaycanın ən gözəl və qədim guşələrindən biridir və Böyük Qafqazın ətəyində, Bakıdan 380 kilometr qərbdə yerləşir.

Şəki. Vüqar İmanov – Şəki Azərbaycanın ən gözəl və qədim guşələrindən biridir və Böyük Qafqazın ətəyində, Bakıdan 380 kilometr qərbdə yerləşir. Şəki özünəməxsus gözəlliyi, sakinləin qonaqpərvərliyi və ləzzətli mətbəxi ilə seçilir. Bu, ipək və halva, şəbəkə və qızıl buğda, rəqs və yumor şəhəridir. Şəki qədimdən ustalar, sənətkarlar və tacirlər şəhəri kimi məşhurlaşıb. Şəkiyə Böyük İpək yolu ölkələrindən tacilər gəlirdi. Şəkidə çoxlu tarixi və memarlıq abidələri var. Qədim Şəkinin qürur mənbəyi XVIII əsrdə tikilmiş Şəki Xan sarayıdır. Bundan başqa, burada Gələrsən-görərsən, Şəki qalaları, Cümə məscidi, Gileyli məscidinin minarəsi, Sumuq qalası, Alban kilsəsi, Şəkixanovların evi, çoxsaylı karvansaraylar və digər abidələri qeyd etmək lazımdır. Bu cür gözəl bir yerdə 85 il əvvəl, 1933-cü il noyabrın 22-də görkəmli Azərbaycan rejissoru və operatoru, Azərbaycan və SSRİ Dövlət mükafatının laureatı, "Şöhrət" ordenli, Xalq artisti Rasim Ocaqov dünyaya gəlib. Trend-in məlumatına görə, Rasim Ocaqovun xatirəsini anmaq üçün Bakıdan onun ailə üzvləri, tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri gəlmişdi. Onlar arasında məşhur aktyor və kinematoqrafçılar Şəfiqə Məmmədova, Fəxrəddin Manafov, Hacı İsmayılov, Cəmil Quliyev, Şeyx Əbdül Mahmudbəyov, Ayaz Salayev, Müşfiq Hətəmov, Nadir Əliyev, Baba Vəziroğlu, Rafiq Qəmbərov, eləcə də Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki ziyalıları yer almışdı. Xatirə barelyefinə çiçək qoyuldu, Rasim Ocaqovun xatirəsi anıldı. Daha sonra qonaqlar Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin təntənəli açılış mərasimində iştirak etdilər. Çıxış edənlər adı kinematoqraf tarixinə qızıl hərflərlə yazılmış görkəmli ustadın həyat və yaradıcılığı barədə danışdılar. İcra hakiminin humanitar məsələlər üzrə müavini Zərinə Cavadova qonaqları salamladıqdan sonra vurğuladı ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Şəkinin inkişafına, milli irsin qorunmasına, mədəniyyət, incəsənət və elmin inkişafına böyük diqqət ayırıb və görkəmli rejissor və operator Rasim Ocaqovun 85 illiyinin onun vətəni Şəkidə qeyd olunması region üçün əhəmiyyətli hadisədir: "Şəki bir çox məşhur mədəniyyət və incəsənət xadiminin doğma torpağıdır və Rasim Ocaqovun adı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. O, Şəkinin fəxridir. Rasim Ocaqov təkcə milli kinematoqrafın inkişafı üçün böyük töhfələr vermiş görkəmli kino xadimi deyildi, o həm də yüksək mənəvi dəyərlərə malik, öz doğma yurduna bağlı olan, öz işlərində gözəlliyi, şəkililərin adət və ənənələrini göstərən bir şəxs idi. Biz şəkililər Rasim Ocaqovu həmişə sevmişik və onun əziz xatirəsini yad edirik. Onun ruhu həmişə bizimlədir, onun ustalığı işlərində yaşayır və bu gün Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin açılışı hər zaman ürəklərimizdə yaşayacaq bu şəxsiyyətin böyüklüyünə bir töhfədir". Zərinə Cavadova Rasim Ocaqovun ailə üzvlərinə və bu mərkəzin yaradılmasında əməyi keçənlərə minnətdarlığını bildirdi. Təhsil Nazirliyinin sektor müdiri Vasif Məmmədov vurğuladı ki, dövlət təhsil sahəsində maddi-texniki bazanın təkmilləşdirilməsi, islahatlar və yeni layihələrin reallaşdırılmasına böyük diqqət ayırır: