Belarusda azərbaycanlı “vor zakon” tutuldu


Dünya 24 Noy 2018 23:58:00 234 0

Belarusda azərbaycanlı “vor zakon” tutuldu

Minskdə azərbaycanlı "vor zakon", kriminal aləmdə "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov tutulub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Rəşad İsmayılov və onun cinayətkar qrupunun daha dörd üzvü Minsk rayonunun mehmanxana komplekslərindən birində imişlər. İcarəyə götürülmüş evdə və onların şəxsi avtomobilində hüquq-mühafizə orqanlarının əməkdaşları "Makarov" və TT tapançaları, həmçinin 14 döyüş patronu aşkar ediblər. Eyni zamanda, fiqurantlarda həşiş tapılıb. Saxlanılanların barəsində cinayət işi başlanıb.


Xəbərə aid foto