Axşam nə yeyək ki, kökəlməyək? TÖVSİYYƏ


Digərləri 23 Noy 2018 23:58:00 499 0

Axşam nə yeyək ki, kökəlməyək?  TÖVSİYYƏ

İnsanlar daha çox axşamlar, gecəyə doğru vəhşi bir aclıq hissi keçirirlər. Dietoloq və həkimlər də məhz bu vaxtlarda yeməyi qadağan edir. Hər insan axşam yeməkdən özünü saxlaya bilmir. 

Lakin yeni elmi işlər hətta yatmazdan əvvəl də yeyilə biləcək qidaları, ərzaqların olduğunu təsdiqləyib. Bunları yeməklə çəkidə bir qram da dəyişiklik olmayacaq.

Son.az medicina.az-a istinadən xəbər verir ki, britaniyalı mütəxəssislər bu ərzağın kəsmik olduğunu bildiriblər. O, ən az kaloriyə malik qidadır. Üstəlik metobolizmi sürətləndirir, əzələləri, sümükləri möhkəmləndirir. Onun tərkibində olan kazein bütün gecə boyu faydalı amin turşuları hasil edir. Məsləhətdir ki, əgər gecə aclıq hiss etsəniz, bir qədər kəsmik yeyə bilərsiz. 

Elmi işdə iştirak edən 10 qadın hər gün yatmazdan 30 dəqiqə əvvəl 30-50 qram kəsmik yemişdilər. Bir ayın sonunda onların çəkisində dəyişiklik olmadı, əzələ kütləsinin möhkəmlənməsi baş verdi.