Bu pozada yatmaq səhhətiniz üçün təhlükəlidir


Digərləri 23 Noy 2018 23:42:00 503 0

Bu pozada yatmaq səhhətiniz üçün təhlükəlidir

Amerikalı alimlər yataqda yatış formaları üzərində apardıqları tədqiqatı yekunlaşdıraraq, insan üçün ən zərərli pozanı elan ediblər.

Son.az medicina.az-a istinadən bildirir ki, ən mənfi fəsadlara yol açan forma qarmı üstə, yəni üzü üstə yatmaqdır. Bu, onurğa, bel, boyun, çiyin ağrılarına səbəb olur, çünki yuxuda onurğa bərk səthə toxunmadığından özünü müdafiə edə bilmir. Bu poza boyun və başı yuxuda sərbəst hərəkət etdirməyə imkan vermir, nəticədə başa qan dövranı yaxşı getmir. Həmçinin ağciyərlər sıxıldığından tənəffüs çətinləşir. 

Xüsusən hamilə qadının üzü üstə yatması həm özü, həm də döl üçün vəziyyəti pisləşdirir. Hətta hamiləliyin ilkin aylarında belə qarın böyük olmadığı dövrdə də qarnı üstə yatmaq olmaz.

Əgər qarnı üstə yatmaq vərdişini tərgidə bilmirsizsə, o zaman yumşaq matras və balışdan imtina edir, o zaman bədən özü çevriləcək və ya gündüz aktiv hərəkətlər, idmanla məşğul olun.