Fransada üzərində partlayıcının olduğunu bildirən şəxsin zərərsizləşdirilməsi üzrə əməliyyat keçirilir


Dünya 23 Noy 2018 23:28:00 219 0

Fransada üzərində partlayıcının olduğunu bildirən şəxsin zərərsizləşdirilməsi üzrə əməliyyat keçirilir

Fransanın Anje şəhərində polislər üzərində partlayıcı maddələrin olduğunu bildirən və yanacağın qiymətinin artmasına qarşı etiraz aksiyası keçirənlərin Yelisey sarayında qəbul edilməsini tələb edən şəxsin zərərsizləşdirilməsi üzrə əməliyyat keçirirlər.

Son.az Trend-ə istinadən bildirir ki, sarı jilet geyinən aksiya iştirakçısı bildirib ki, jiletin altında qumbara və çantasında digər partlayıcı maddələr var. O, Fransa prezidenti Emmanuel Makronla görüş tələb edir.

Bildirilir ki, aksiya iştirakçısı daha əvvəl narkotik maddələrin alveri ilə əlaqədar məsuliyyətə cəlb olunub.

Fransanın daxili işlər naziri əməliyyatın keçirilməsi faktını təsdiq edib.