Paytaxtın mərkəzində binanın fasadını təmir edən fəhlə yıxıldı


Digərləri 23 Noy 2018 20:08:00 276 0

Paytaxtın mərkəzində binanın fasadını təmir edən fəhlə yıxıldı

Axşam saatlarında Bakının Nizami küçəsində bədbəxt hadisə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Nizami küçəsində yerləşən binanın fasadında təmir zamanı fəhlələrdən biri ehtiyatsızlıqdan hündürlükdən yıxılıb. Fəhlə xoşbəxtlikdən binanın ətrafında quraşdırılmış təhlükəsizlik çadrlarının üstünə düşüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.

Videonu izləmək üçün şəklə klikləyin:

Son.az