60 nəfər “Ən yaxşı” olmaq istəyir


Digərləri 23 Noy 2018 18:49:00 280 0

60 nəfər “Ən yaxşı” olmaq istəyir

"Best Model of Azerbaijan" yarışmasının final tarixi müəyyənləşib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbir 28 noyabrda "Baku Flame Towers"da keçiriləcək. 

Tədbirin aparıcısı isə Samir Bayramlı və Vüsalə Saiddir. Səhnədə xüsusi qonaq olaraq Dj Çina modelləri müşaiət edəcək. 

Münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, "Eurovision" təmsilçimiz müğənni Elnur Huseynov, şairə Zəhra Bədəlbəyli, Aparıcılar Nərgiz Cəlilova , Afaq Gəncəli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, modelyer-dizaynerlər Gülnarə Xəlilova, Afaq İsmayılzadə və başqaları yer alıb. 


Xəbərə aid fotolar