Gürcüstanda prezident seçkisi ilə bağlı keçirilən rəy sorğusunun nəticələri


Dünya 23 Noy 2018 18:04:00 226 0

Gürcüstanda prezident seçkisi ilə bağlı keçirilən rəy sorğusunun nəticələri

Noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı "Gallup International" təşkilatının apardığı rəy sorğusunun nəticələri açıqlanıb.

Son.az Report-a istinadən xəbər verir ki, respondentlər "Əgər prezident seçkilərinin ikinci turu bu gün keçirilsəydi, kimə səs verərdiniz" sualına cavab veriblər.

Rəyi soruşulanların 52%-i Salome Zurabişvili, 48%-i isə Qriqol Vaşadzeni dəstəkləyəcəyini bildirib. Respondentlərin 37%-i qərar vermədiyini yaxud bilmədiyini, 9%-i isə səsvermədə iştirak etməyəcəyini deyib.