Keçmiş nazir müavini: “Mən küsüb gedənlərdən, qovulanlardan deyiləm”


Digərləri 23 Noy 2018 17:52:00 255 0

Keçmiş nazir müavini: “Mən küsüb gedənlərdən, qovulanlardan deyiləm”

Son.az xəbər verir ki, Prezident İlham Əliyevin noyabrın 20-də vəzifəsindən azad etdiyi energetika nazirinin müavini Natiq Abbasov Report-a açıqlama verib. 

Keçmiş nazir müavini dövlət başçısının onunla bağlı sərəncamına münasibət bildirib və vəzifəsindən öz istəyi ilə azad edildiyini deyib: "Əsəblərimlə bağlı bir qədər narahatlığım var idi. Ona görə də işdən çıxmaq istədim. Müraciətimə müsbət yanaşdığına görə, Prezidentə təşəkkür edirəm. Hər zaman bu dövlətlə, bu siyasətlə həmrəyəm. Bundan sonra harada və necə çalışacağımı zaman göstərər. Bu dövlət məni yetişdirib, hara istəsə, ora da gedəcəyik".