Pul sayır, telefonla danışır, həm də avtobus sürür... VİDEO


Digərləri 23 Noy 2018 12:03:00 259 0

Pul sayır, telefonla danışır, həm də avtobus sürür...  VİDEO

Sosial şəbəkə istifadəçisi 133 nömrəli avtobusu idarə edən sürücünün qaydalara zidd olaraq sükan arxasında pul sayıb, telefonla danışması ilə bağlı görüntü paylaşıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sərnişinin sözlərinə görə, həmçinin avtobus dolu olduğu üçün qapıları açıq vəziyyətdə hərəkət edib. 

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu, narahatlıq yaradan məsələdir və dərhal tədbir görülməsi ilə bağlı daşıyıcıya xəbərdarlıq ediləcək:

"Bu sürücüləri BNA işə götürmür və biz ona maaş vermirik. Bütün bunları daşıyıcı edir və bu videoda olan məsələyə görə DYP sürücünü cərimələməlidir".

Videonu izləmək üçün şəklə klikləyin: