Tehrandakı erməni kilsəsinin başçısı: “İranla sərhədin bağlanmasından yalnız Ermənistan ziyan çəkəcək”


Dünya 23 Noy 2018 11:13:00 278 0

Tehrandakı erməni kilsəsinin başçısı: “İranla sərhədin bağlanmasından yalnız Ermənistan ziyan çəkəcək”

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın İran-Ermənistan sərhədinin bağlanacağı ehtimalı haqqında dedikləri reallığı əks etdirmir.

Son.az report-a istinadən xəbər verir ki, bunu Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sarkisyan bildirib.

Onun sözləinə görə, son 28 ildə İran-Ermənistan sərhədi heç bir şərt irəli sürülmədən açıq olub.