Rusiya Azərbaycana Xəzərdə birgə sualtı ekspedisiyalar aparmağı təklif edib


Digərləri 23 Noy 2018 07:45:55 271 0

Rusiya Azərbaycana Xəzərdə birgə sualtı ekspedisiyalar aparmağı təklif edib

Rusiya Coğrafiya Cəmiyyəti Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiyası İnstitutuna Xəzər dənizində birgə sualtı ekspedisiyalar aparmağı təklif edib.

Bakı. İlhamə İsabalayeva - Rusiya Coğrafiya Cəmiyyəti Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna Xəzər dənizində birgə sualtı ekspedisiyalar aparmağı təklif edib. Bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev deyib. İ.Əliyevin sözlərinə görə, sualtı arxeoloji ekspedisiyaların aparılması üçün böyük maliyyə vəsaiti və bu sahə üzrə mütəxəssislər lazımdır. Ekspedisiya rəhbəri qeyd edib ki, bu il Azərbaycanda olan Rusiya Coğrafiya Cəmiyyətinin nümayəndələri də sualtı arxeoloji ekspedisiyaların aparılması üçün Azərbaycana texniki və kadr baxımından yardım göstərə biləcəklərini açıqlayıb: "Onlar bu işi 2019-cu ilin planına daxil ediblər. Ekspedisiyanın Xəzərin Azərbaycan sektorunda aparılması nəzərdə tutulur".