Günün qoroskopu: İstənilən situasiyada özünüzü rahat, təmkinli hiss edin


Digərləri 23 Noy 2018 00:01:00 278 0

Günün qoroskopu: İstənilən situasiyada özünüzü rahat, təmkinli hiss edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - tədqiqatlar, araşdırmalar, elmi işlər və eksperimentlər üçün pis zaman deyil. Yaradıcılıq, estetika və moda ilə bağlı fəaliyyət uğur vəd edir.

Komandanın bir üzvü ola bilirsinizsə, kommersiya fəaliyyəti və ya bizneslə bağlı problemlər olmayacaq.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların mövqelərini və istəklərini nəzərə alın.

Ailə üzvləri qarşısında ifrat tələblər qoymayın, onların çatışmaz cəhətlərini qabardaraq müzakirə mövzusuna çevirməyin. Siz ideal, mükəmməl insan deyilsiniz. Hər kəs səhv edə bilər.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Buğa - stabilliyə nail olmaq istəyiniz sizi prinsiplərinizdən bir addım da geri çəkilməməyə vadar edir. Yaxşı taktikadır. Status-kvonu saxlamaq, situasiyaya nəzarət imkanlarını mühafizə etmək imkanları var. Tərəfdaşlarla fikir ayrılıqları və ixtilaflar istisna deyil.

Günün ikinci yarısında ruhdan düşməyin. Davranışınızda zəruri dəyişikliklər etməkdən boyun qaçırmağınız yaxınlarınızda müəyyən narahatlıq və nigaranlıq yaradacaq. Mövqeyinizi arqumentlərlə müdafiə edin.

Axşam saatlarını sevdiyiniz insanla əylənərək keçirin.

Əkizlər - yeni layihəyə başlamaqla yanaşı, yarımçıq işi bitirin. Kommunikasiyalar və texnologiyalar sahəsindəki problemlər daha sürətlə həll olunacaq. İdeyalarınız yaxın ətrafınızdakı insanları maraqlandıra bilər. Yeni həmkarlar olacaq.

Günün ikinci yarısında zahiri görünüşünüzə fikir verin. Yaxınlarınızdan biri sizə yaxşı təklif ünvanlayacaq. Axşam saatları romantik təmaslar üçün əlverişlidir.

Xərçəng - bütün işləri bitirməyə çalışmayın. Görüləcək işlərin sayı həddən artıqdır. Bütün diqqəti bir işə yönəldin və onu tamamən bitirin. Tərəfdaşlar və həmkarlarla təmaslarda gərginlik yarana bilər. Yaranan münaqişəni həll etməyə can atın. Haqlı olduğunuzu göstərməyə çalışanda sərt və aqressiv olmayın.

Günün ikinci yarısında ailə münasibətlərində bütün sözlərə inanmayın. Yaxınlarınız görə biləcəklərindən artıq vədlər verirlər. Axşam saatlarında yaxşı istirahət edin. Yaşam arealını yeniləyin. İşdəki situasiya müdaxilə tələb edir.

Şir - danışıqlar uğurlu olacaq. Müqavilələrin imzalanmasında və vədlərin yerinə yetirilməsində qətiyyətli davranın. Daşınmaz əmlakla bağlı əməliyyatlarda günün ilk yarısı daha sərfəli zaman sayıla bilər. Peşə fəaliyyətiniz yaradıcılıqla bağlıdırsa, aktiv olun.

Günün ikinci yarısında tələsik qərarlar verməyin. Düşünülməmiş addımlar atmayın. Seçimdə xüsusilə həssas olun. Sevdiyiniz insanla təmaslarda daha soyuqqanlı olun.

Subaysınızsa, yeni tanışlıq istisna deyil.

Qız - yalnız öz qüvvələrinizə güvənməyin. Şübhələriniz varsa və ya təcrübəniz yetərli deyilsə, ciddi işi təxirə salın. Müşkül problemin həlli üçün bilik və ya bacarıq qıtlığı hiss oluna bilər. Daha təcrübəli tərəfdaşa, müttəfiqə və ya həmkara müraciət edin.

Günün ikinci yarısında ekspertlə danışın. Problemlərin həllində əməkdaşlıq və ya birgə fəaliyyət yaxşı effekt verə bilər.

Axşam saatlarına yaxın şəxsi münasibətlərdə diqqətli olun. Mənasız utancaqlıq məsləhət deyil. Əks təqdirdə yalnız illüziyalar aləmində qala bilərsiniz.

Tərəzi - davranış və fəaliyyətin ənənəvi çərçivəsində qalmaq çətin olsa da, çalışın. İşləri başa vurmaq üçün əlavə məlumata və fərqli informasiyalara zərurət duyulur. Müştəri və ya sifarişçi ilə onun ərazisində görüşmək gərəkdir.

Günün ikinci yarısında qısamüddətli səfər effektiv olacaq. Alış-veriş uğursuzdur. Pullarınızı mənasız əşyalara sərf etməyin.