Antarktidada buz altında radiasiya mənbəyi tapıldı Yadplanetlilər, yoxsa?..


Digərləri 22 Noy 2018 23:48:00 345 0

Antarktidada buz altında radiasiya mənbəyi tapıldı  Yadplanetlilər, yoxsa?..

"PolarGAP" beynəlxalq layihəsinin tədqiqatçıları təyyarə ilə Antarktida üzərindən uçublar.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, təyyarədəki radio lokator buzun 3 km altına qədər məsafəni axtarıb. Məlum olub ki, lokator şərq hissədəki dərinlikdə anomal isti qeydə alıb. Ehtimal edilir ki, naməlum güclü istilik mənbəyi buzu aşağıdan əridir və bu zaman güclü radioaktiv şüalanma baş verir.

Tədqiqatçıların fikrinə görə, buzun altındakı bu yerdə radioaktivlik var. Bu aktivlik 3 km dərinlikdə şirin və isti suyu olan göl yaradıb. Göl buzun əriməsindən meydana çıxıb.

Dəqiq radiasiya mənbəyi alimlərə məlum deyil və hazırda bu tapmacanın çözülməsi üzərində iş gedir. Hazırda radioaktiv mənbə ətrafdakı buz qatlarına zəif təsir edir. Amma alimlər düşünürlər ki, gələcəkdə isti su buzların tez əriməsinə səbəb olacaq. Bu proses yüz min illər və ya milyon il davam edə bilər. Amma gələcəkdə iqlimin istiləşməsi daha başqa nəticələrə səbəb ola bilər.