"Chrysler" 50 mindən çox avtomobili geri çağırır


Digərləri 22 Noy 2018 21:53:00 286 0

"Chrysler" 50 mindən çox avtomobili geri çağırır

ABŞ-ın tanınmış avtomobil brendi olan "Chrysler" Çin bazarından 50 mindən çox avtomobili güc-kontrol modulundakı qüsurlara görə geri çağırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, geri çağırılan nəqliyyat vasitələri 2012-2018-ci illərdə Çinə ixrac edilən 52 min 980 ədəd "Grand Cherokee" və 947 ədəd "Grand Voyager" avtomobilləridir. Bundan başqa, 35 "Wrangler" modeli də geri çağırılacaq.