Dünya gücləri "S400"ləri niyə alır? Almanlardan İNANILMAZ İDDİA


Digərləri 22 Noy 2018 21:56:00 347 0

Dünya gücləri "S400"ləri niyə alır?  Almanlardan İNANILMAZ İDDİA

Rusiyanın "S-400" zenit-raket kompleksləri dünya silah bazarında "ixracat hiti"nə çevrilib.

Son.az xəbər verir ki, bu haqda Almaniyanın "Die Welt" qəzeti yazıb.

Nəşr qeyd edir ki, kompleksləri yanvarın əvvəlində artıq Çin alıb, növbəti il "S-400"-lər Türkiyəyə gəlməlidir, oktyabrda isə Hindistanla 5 milyard dollarlıq müqavilə imzalanıb.

Qəzetin ekspertlərinin fikrincə, "S-400" texniki xarakteristikaları üzrə Amerika analoqlarını qabaqlayır. Xüsusi halda, Rusiya kompleksi 30 kilometr hündürlükdə, 400 kilometr radiusda hərəkət edən müxtəlif hədəfləri vurmağa qadirdir və müxtəlif mənzilli raketlərlə təchiz edilir. Amerika "Patriot" sistemləri isə 100 kilometr uçuş məsafəsi olan raketləriylə təchiz edilir.