Səfir: ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır


Digərləri 22 Noy 2018 21:46:37 239 0

Səfir: ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır

ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır. Trend-in məlumatına görə, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.

Bakı. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır. Trend-in məlumatına görə, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib. Səfir əlavə edib: "Əlbəttə həmsədrlər artıq neçə ildir ki, münaqişənin həllini axtarırlar... Onlar tərəfindən qətiyyət nümayiş olnmur". Səfirin sözlərinə görə, beynəlxalq hüquq prinsipləri - sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyüdür: "Bundan çıxış edərək hərəkət etmək lazımdır. Gözləmək lazım deyil ki "Özünüz razılaşın, biz isə sizi dəstəkləyəcəyik". Əgər biz razılaşa bilsəydik, bütün bunlar olmazdı".