Pakistanlı nazir hava limanında paltarlarını belə yandırdı
Dünya 22 Noy 2018 20:44:00 254 0
Pakistanda bir nazir uçuşu təxirə salındığı üçün hava limanının ortasında paltarlarını yandırıb.
Son.az ölkə.az-a istinadən xəbər verir ki, Gilgit-Baltistan bölgəsi naziri Fida Hüseyn İslamabad beynəlxalq hava limanında paltarlarını yandıraraq uçuşun ləğv edilməsinə etiraz edib.
Polisin ona yaxınlaşdığını görən nazir qollarını uzadıb qandal taxılmasını istəyib. Məlum olub ki, Fida Hüseyn səhv davranışa görə Ali Məhkəməyə çağırılıb. Nazir 3 dekabr tarixində hakim qarşısına çıxacaq.
Mənbə: milli.az