Agentlik: "İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanılacaq"


Digərləri 22 Noy 2018 16:56:00 247 0

Agentlik: "İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanılacaq"

"İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Fransanın Beynəlxalq Texniki Ekspertiza Agentliyinin Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinə həsr olunan tədbirdə bildirib.

O qeyd edib ki, Yol Xəritəsinə əsasən, dövlət tibb müəssisələrinin İTS sisteminə hazırlanması və maliyyə dayanıqlılığının təmin edilməsi nəzərdə tutulur.