"Rusiya mediası ilə əməkdaşlıq Azərbaycan mətbuatı üçün geniş imkanlar yaradır"


Digərləri 22 Noy 2018 16:20:00 252 0

"Rusiya mediası ilə əməkdaşlıq Azərbaycan mətbuatı üçün geniş imkanlar yaradır"

"Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında memorandumun imzalanması çox vacib məsələdir. Həm də gecikmiş məsələdir".

Son.az bildirir ki, bunu "Sherg.az"a açıqlamasında "Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev deyib.

Baş redaktor bildirib ki, Rusiya mediası nəhəngdir, Rusiya özü də böyük dövlətdir və dünyada rus dili əsas dillərdən biridir:

"Bizim dünyaya çıxışımız ən çox Rusiya üzərindən mümkündür. Azərbaycanda rusdilli mətbuat var. Uzun müddətdir təklif edirdim ki, Azərbaycanla Rusiya arasında jurnalistlərin hər hansı bir cəmiyyəti, ittifaqı yaradılsın. Yəni hansısa formada əməkdaşlıq qurulsun. Həmişə şikayətlənirik ki, Rusiya mediasında bizi eşitmirlər. Səsimizi eşitdirmək üçün addım atmalıyıq. Rusiya mediasına birbaşa çıxışımız olmalıdır. Bu, qarşılıqlı əməkdaşlıq əsasında olanda artıq iki tərəf də öz üzərinə öhdəlik götürür. Əməkdaşlıqdan irəli gələn tələbləri, müqavilədə göstərilən şərtləri həyata keçirirlər. Memorandum bizə böyük imkan yaradır ki, qarşılıqlı müqavilə əsasında Rusiya mediası ilə daha sıx əməkdaşlıq edək. Əlbəttə, bu, ilkin addımdır. Düşünürəm ki, əməkdaşlığı daha genişləndirmək lazımdır. Rusiyanın bir neçə nüfuzlu qəzetləri ilə Azərbaycanın rus dilli qəzetləri arasında əlaqə qurulmalıdır. Analitik yazılar, məlumat xarakterli yazıların mübadiləsi olmalıdır. O zaman Azərbaycan həqiqətlərini, ilk növbədə Dağlıq Qarabağ məsələsini Rusiya mediası vasitəsi ilə dünyaya çatdıra bilərik".

Qəzet rəhbəri bildirib ki, qəbul etsək də, etməsək də bugün Rusiyada "Russia Today" kimi televiziya, "Россия сегодня", "Комсомольская правда", "Московский комсомолец" kimi agentliklər var. Beynəlxalq təşkilatlar həmin media orqanlarında gedən yazıları geniş miqyasda izləyir: