Kafedə içdi, tanışının qulağını kəsdi


Digərləri 22 Noy 2018 16:08:00 200 0

Kafedə içdi, tanışının qulağını kəsdi

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışına xəsarət yetirməkdə təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı İ.İbrahimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Proses davam edir.

İttihama görə, bu il iyunun 10-da Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İ.İbrahimli Şahin Əliyevlə mübahisə edib və şüşə qırığı ilə onun qulağını kəsib. Hadisəni törədən İ.İbrahimli həbs edilib.