Türkiyə prezidentinin mətbuat katibi: Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir


Digərləri 22 Noy 2018 15:38:00 242 0

Türkiyə prezidentinin mətbuat katibi: Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir

Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir

Bakı. Rufiz Hafizoğlu - Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir. Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq. İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır. Türkiyə prezidentinin mətbuat katibi vurğulayıb: "İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin