Bakıda qadın ərini dəhşətli cinayətdə ittiham etdi


Digərləri 22 Noy 2018 15:14:00 221 0

Bakıda qadın ərini dəhşətli cinayətdə ittiham etdi

Bakıda uşaq valideynlər arasında baş verən münaqişədə alət kimi istifadə edilib.

Son.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bakının Binəqədi qəsəbəsində baş vermiş hadisənin sübuta yetirilməsi insanlığın ölməsinin son həddi hesab oluna bilər.

Belə ki, noyabrın 18-də Binəqədi rayonunun 30 yaşlı sakini Sənəm (etik baxımdan adamın öz adını yazmırıq - red.) 4 saylı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. O, əri Sadiqin 12 yaşlı qızlarını qeyri-ənənəvi üsulla zorladığını iddia edib. 

Azyaşlı uşağın zorlanması çox ciddi faktdır və hüquq-mühafizə orqanlarının əməkdaşları bu qəbildən olan şikayətlərin ciddi surətdə araşdırılması, cinayəti törətmiş cinayətkarın məsuliyyətə cəlb olunması və cəzalandırılmasında prinsipiallıq nümayiş etdirirlər. Digər tərəfdən, düşüncəli insanın ağlına belə yerləşmir ki, ana necə övladından öz şəxsi maraqları üçün belə qəddarcasına istifadə edə bilər.