Azərbaycanda 4 dostdan ŞOK ƏMƏL: oğlanı maşında və qəbiristanlıqda zorladılar, videoya çəkdilər, sonra...


Digərləri 22 Noy 2018 14:24:00 264 0

Azərbaycanda 4 dostdan ŞOK ƏMƏL: oğlanı maşında və qəbiristanlıqda zorladılar, videoya çəkdilər, sonra...

Tovuz rayon sakinləri - 1995-ci il təvəllüdlü Kənan Məmmədov, 1994-cü ildə anadan olmuş Ramal Babayev, Əli Əhmədov və Səlim Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İntim video ilə şantaj

Son.az xəbər verir ki, Kənan Məmmədov Samir Vəliyevin başqa-başqa oğlanlarla görüşüb, onlarla intim əlaqədə olmasını bilib. O, Samir Vəliyev ilə intim əlaqədə olmaq üçün şantaj etməyə başlayıb.

Kənan Məmmədov bu istəyini həyata keçirmək üçün Samir Vəliyevin mobil telefonuna zəng edib. Ona maşınında Səlim və Əli ilə onun etdiyi hərəkətləri videoya çəkməsini və internetə qoyacağını xatırladıb, onunla da görüşüb, eyni hərəkətləri etməsini bildirib.

Öpüşməsindən rüsvay olacaqdı

Samir Vəliyev Əli və Səlim ilə etdiyi hərəkətlərə, öpüşməsinə görə, rüsvay olacağından qorxub. Bununla da Kənan Məmmədovdan asılı vəziyyətə düşüb, onun həmin təklifi ilə razılaşıb.

Kənan Məmmədov Samir Vəliyevi idarə etdiyi "Mercedes Benz C 240" markalı avtomobilin salonuna mindirib, ona həmin vaxt seksual xarakterli hərəkətlər etməsini təklif edib.

Qəbristanlıqda seksual hərəkət

Kənan Məmmədov avtomobili idarə edərək Samir Vəliyevi Tovuz rayonu Əyyublu kəndinin ərazisində yerləşən qəbiristanlığa aparıb.

Orada avtomobilin salonunda Samir Vəliyev ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra Kənan Məmmədov Samiri seksual xarakterli hərəkətlərə məcbur edib.

Seksual manyak dəstəsi

Daha sonra Kənan Məmmədov tanışları - Ramal Babayev, Əli Əhmədov və Səlim Səlimov ilə birlikdə cinsi ehtiraslarını təmin etmək məqsədilə 22 mart 2015-ci ildə yaşadıqları Tovuz rayonu Əyyublu kəndində həmkəndliləri Samir Vəliyevə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək üçün qabaqcadan əlbir olublar.

Dəstə üzvləri Kənan Məmmədova məxsus "Mercedes Benz C 240" markalı avtomobili ilə Samir Vəliyevin olduğu yerə gəliblər. Dəstə üzvləri saat 12 radələrində Samir Vəliyevi kəndin arasından götürüblər.

Növbəti şantaj videosu

Daha sonra onlar avtomobillə kənddən aralıda yerləşən "Sarıqaznaq" adlanan boş əraziyə gəliblər. Həmin vaxt dəstənin digər üzvü Ramal Babayev idarə etdiyi "Mercedes-Benz Spirinter" markalı mikroavtobusu sürüb, Kənan, Səlim və Əlinin olduğu yerə gəlib.

Dəstə üzvlərini Samir Vəliyevlə cinsi əlaqədə olmalarını videoya çəkib və daha sonra evlərinə qayıdıb. Bir neçə saat sonra kənd içinə çıxan Ramal Babayev videonu Samir Vəliyevə göstərib, onunla cinsi əlaqədə olmasını tələb edib.

Fermada zorakılıq