Ən çox bileti satılan kimdir?


Şou-biznes 22 Noy 2018 13:25:00 284 0

Ən çox bileti satılan kimdir?

Bu il şou-biznesdə təkcə klip yox, konsert bazarında da canlanma baş verib. Belə ki, müğənnilərin əksəriyyəti Heydər Əliyev adına Saray, Bakı Konqres Mərkəzi, böyük klublarda çıxış edərək yaradıcılıqla bağlı hesabatlarını veriblər. 

Son.az qafqazinfo-ya istinadən  xəbər verir ki, 2018-ci illə yanaşı, 2019-cu ilin əvvəlində solo konsert elanını verən məşhurların sayı da az deyil. Müğənnilərin bilet satışını isə onlayn olaraq izləmək, "iticket.az" portalı vasitəsiylə sənətçiləri görmək istəyənlərin sayını müəyyənləşdirmək mümkündür.    6 gün sonra Heydər Əliyev adına Sarayda solo konsert verməyə hazırlaşan Faytonçu Nazimin bilet göstəriciləri ürəkaçan deyil. Siz aşağıdakı görüntüdə bunun şahidi ola bilərsiz. Boz xanalar satılan, rəngli isə hələ də satılmayan biletlərin göstəricisidir. 

Xalq artisti Aygün Kazımova isə məşhur dicey David Vendetta ilə birgə Bakıdakı klubların birində səhnəyə çıxacaq. "Duy" adlı gecəyə xüsusi hazırlaşan Aygünü görmək istəyənlərin də sayı az deyil. Qeyri-adi şounu izləmək istəyənlər, demək olar ki, 70 faizə çatır və biletlərin çoxu satılıb.  

Heydər Əliyev adına Sarayda bu il konsert verən məşhur arasında Xalq artisti Emin Ağalarov da var. "Bumeranq" adlı gecə gələn ayın 14-ü olmasına baxmayaraq, satılmayan biletlər sayı çox azdır. 


Xəbərə aid fotolar