XİN: Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın dəvət olunmaması təsdiqini taparsa, bu, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq


Digərləri 22 Noy 2018 13:15:00 187 0

XİN: Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın dəvət olunmaması təsdiqini taparsa, bu, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq

Azərbaycan Xarici İşlər Nazirliyi bu ilin dekabr ayında Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmamasına münasibət açıqlayıb.

Bakı. Ləman Zeynalova - Azərbaycan Xarici İşlər Nazirliyi bu ilin dekabr ayında Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmamasına münasibət açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva Trend-ə bildirib ki, məsələ Azərbaycannın Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır: "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaqdır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin