“Bakutel-2018” sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək


Digərləri 22 Noy 2018 13:04:55 235 0

“Bakutel-2018” sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində respublikamızın 8 bölgəsində keçirilən startap turları zamanı çəkilmiş illüstrativ rəsmlərin xeyriyyə hərracı keçiriləcək.

Bakı. Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində respublikamızın 8 bölgəsində keçirilən startap turları zamanı çəkilmiş illüstrativ rəsmlərin xeyriyyə hərracı keçiriləcək. Trend-in məlumatına görə, hərracdan toplanmış vəsait “Birgə və Sağlam” İctimai Birliyində reabilitasiya keçən autizmli uşaqlara dəstək məqsədi ilə istifadə olunacaq. Hərrac 5 dekabr tarixində, "JW Abşeron Marriott" otelində saat 20:00-da təşkil olunacaq. Qeyd edək ki, rəsmlər tanınmış illüstrator-rəssam Mahir Qafarov tərəfindən çəkilib. “Birgə və Sağlam” İctimai Birliyi reabilitasiya mərkəzlərində psixi, əqli əlilliyi olan, xüsusi qayğıya ehtiyac duyan uşaqlara reabilitasiya və bərpa xidmətləri göstərilir.