Qaradağ rayon məktəblilərinin cənub bölgəsinə səfəri uğurla başa çatıb (FOTO)


Digərləri 22 Noy 2018 12:15:55 240 0

Qaradağ rayon məktəblilərinin cənub bölgəsinə səfəri uğurla başa çatıb (FOTO)

Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Qaradağ rayon məktəblilərinin cənub bölgəsinə (Lənkəran, Astara və Masallı) olan 4 günlük səfəri noyabrın 21-də uğurla başa çatıb.

Bakı. Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Qaradağ rayon məktəblilərinin cənub bölgəsinə (Lənkəran, Astara və Masallı) olan 4 günlük səfəri noyabrın 21-də uğurla başa çatıb. Trend-in məlumatına görə, 18-21 noyabr 2018-ci il tarixlərində səfərdə olan məktəblilər turun birinci günündə Lənkəran şəhərinə çatdıqdan sonra Heydər Əliyev Mərkəzinin qarşısında Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri ilə qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxışlar və konsert proqramı təşkil olunub. Qrup iştirakçıları Lənkəran şəhərində yerləşən “Lux” mehmanxanasında yerləşdirildikdən sonra şam yeməyi və əyləncəli oyunlar təşkil olunub. Turun ikinci günündə məktəblilər Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya ediblər. Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzi, “Qoşa Qala” qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası ilə tanış olublar.